Mədəniyyət

Parisdə Beynəlxalq Frankofoniya təşkilatının Yerevandakı zirvəsinə dair məsələlər müzakirə edildi

Parisdə Beynəlxalq Frankofoniya təşkilatının mərkəzində oktyabrda Yerevanda keçiriləcək Frankofoniya zirvəsinə həsr olunmuş konfrans keçirilib. Bu haqda ER XİN rəsmi saytı məlumat yayıb.

Konfrans zamanı bir çox jurnalistlərin suallarına ER Baş nazirinin məsləhətçisi Arsen Xaratyan, BFT-da ER-nın daimi nümayəndəsi Kristian Ter-Stepanyan, XİN mətbuat katibi Tigran Balayan, BFT baş katibinin xüsusi  məsləhətçisi Erve Ladsui, BFT əlaqə direktoru Veronik Tavo, BFT baş katibinin mətbuat katibi Bertran Leblan cavab veriblər.

Mətbuat konfransında Yerevan zirvəsinin hazırlıq işləri, keçiriləcək tədbirləri və qəbul ediləcək sənədlərinə dair məsələlər müzakirə olundu. Arsen Xaratyan, Kristian Ter-Stepanyan və Tigran Balayan BFK baç katibi ofisinin sədri Jan-Lui Atangana Amugu və baş katibinin xüsusi məsləhətçisi Erve Ladsu ilə görüşüblər.

Daha çox göstər
Back to top button