İctimaiyyət

Azərbaycanda QİÇS və talassemiya daşıyıcısı olan cütlüklərin sayı açıqlandı

İyun ayı ərzində nikaha daxil olmaq istəyən və icbari tibbi müayinədən keçən 41 nəfərdə sifilis, altı nəfərdə isə QİÇS aşkar edilib. Bunu Oxu.Az-a açıqlamasında Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva deyib. Zöhrə Əlimirzəyeva bildirib ki, 2018-ci ilin altı ayı ərzində 66 min 384 nəfər nikaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsi həyata keçirilib:

“1923 talassemiya daşıyıcısı, 146 nəfər sifilis, 69 nəfərdə isə QİÇS aşkar edilib. 28 cütlüyün hər ikisində talassemiya daşıyıcılığı aşkarlanıb.Altı ay ərzində 32 hamilə qadın perinatal müayinəyə gedib. Uşaqlardan yeddisində xəstəlik, 17-də isə talassemiya aşkarlanıb”.

Direktor qeyd edib ki, 2015-ci il iyun ayının 1-dən bu günə kimi 430 min 668 nəfər nikaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsi həyata keçirilib:

“15 min 997 nəfərdə talassemiya daşıyıcısı, 1479 nəfərdə sifilis, 351 nəfərdə isə QİÇS aşkar edilib. 159 cütlüyün hər ikisində talassemiya aşkarlanıb”.

Daha çox göstər
Back to top button