İctimaiyyət

Jurnalist Əfqan Sadıqov saxlanılıb

Jurnalist Əfqan Sadıqov iyulun 6-da Cəlilabad rayonunda saxlanılıb. Bu barədə Meydan TV-yə onun həyat yoldaşı Sevinc Sadıqova məlumat verib. O, bildirib ki, bu gün səhər o, anasıgilə gedib və polis evlərinə gəlib, onu bölməyə dəvət edib.

S.Sadıqova deyir ki, onun saxlanılması üçün hər hansı bir səbəb yoxdur və saxlanılma səbəbini bilmir.

Hadisə ilə bağlı Daxili İşlər Nazirliyindən məlumat almaq mümkün olmayıb.

Jurnalist Əfqan Sadıqlı həbs müddəti bitdiyi üçün mayın 22-də azad edilmişdi.

Azel.tv saytının təsisçisi və redaktoru Ə.Sadıqov 2016-cı ilin noyabrın 22-də saxlanılmışdı. O CM-in 127.2.3-cü (xuliqanlıq niyyəti ilə təhlükəli üsulla sağlamlığa qəsdən az ağır ziyan vurma) maddəsi ilə ittiham olunuraq 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi. Sonradan jurnalistin cəzası 1 il azaldılmışdı.

Daha çox göstər
Back to top button