Nikolay Patrusyev: “Rusiya Cənubi Qafqazda sabitliyə və Qarabağ münaqişəsinin mərhələli həll olunmasına tərəfdardır”

Ermənistan Respublikasının Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Moskvada Rusiyalı həmkarı Nikolay Patrusyev ilə görüşüb. Bu barədə Rusiya Təhlükəsizlik Şurasının mətbuat xidmətindən məlumat verilib.Həmsöhbətçilər erməni-rus əməkdaşlığının və strateji tərəfdaşlığın yüksək dinamikasına, yüksək səviyyəli dialoqun konstruktivliyinə və nazirlik və idarələrin əlaqələrinə böyük əhəmiyyət verdilər.“Rusiyanın mövqeyi təsdiqlənib, hansı ki, bu regionda sabitlik və bütün tərəflərin maraqlarını nəzərə alaraq münaqişəsinin mərhələli şəkildə həll edilməsi deməkdir”-deyərək qeyd edilir.Patruşev və Qriqoryan şərtləşiblər ki, 2019-2020 illər üçün Rusiya və Ermənistan Təhlükəsizlik Şurasının əməkdaşlıq planının hazırlanması barədə noyabrda Moskvada keçiriləcək MDB üzv ölkələrin təhlükəsizlik şuraları katiblərinin altıncı görüşü zamanı iş heyətləri xəttiylə layihə hazırlamaq üçün razılığa gəliblər.