Sosial şəbəkələrdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə sui-qəsd cəhdinin müxtəlif versiyaları yayılıb

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə silahlı hücumdan üç gün keçsə də rəsmi orqanlar rezonans doğurmuş cinayətin motivləri, ölkənin ikinci böyük şəhərinin rəhbərinin səhhəti barədə məlumat vermirlər. Bu haqda Turan informasiya agentliyi məlumat verib. Səhiyyə Nazirliyi bildirir ki, istintaq getdiyindən məlumatları yoxdur.
Lakin E.Vəliyevin yaxın qohumu Turan-a bildirib ki, gecə onu İsrailə müalicəyə göndəriblər. Mənbənin sözlərinə görə, “o, özünə yeni gəlib”.Şahidlərin sözlərinə görə, E.Vəliyev güllə yarası almayıb, qarnına güllə dəydikdən sonra pilləkandan yıxılıb başından ağır zərbə alıb.Atəş açan Yunis Səfərovun şəxsiyyətinə aydınlıq gətirilməyib.
Azərbaycan prezidentinin köməkçisi Əli Həsənov E.Vəliyevə hücumu “adi kriminal” adlandırıb.Digər versiyaya görə, Y.Səfərov şəhər administrasiyasına şikayətə gələn bacısını təhqir etdiyinə görə E.Vəliyevdən qisas alıb.
Əlacə də, Sosial şəbəkələrdə Y.Səfərovun həyat yoldaşı olduğunu bildirən qadının audioyazısı yayılıb. Onun silahlı hücum etməsinin səbəbi dindarların və imam Hüseyni təhqir etməsinə görə qisas almasıdır. Bu qadın “bacıya görə qisas almaq” versiyasını inkar edib. Onun dediklərinə görə, Gəncədə Y.Səfərovun yaxın qohumu yoxdur.
Bədənində zorakılıq izləri olan Y.Səfərovun fotosunun yayılması sosial şəbəkə istifadəçilərini qəzəbləndirib.
Hüquq-mühafizə orqanları öncə fotonun gerçək olduğunu inkar ediblər. Lakin sonradan DİN mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov fotonun Y.Səfərova aid olduğunu bildirib. Bədən xəsarətlərini polis əməkdaşlarına müqavimət göstərərkən alıb.
O zaman sual yaranır – Polis İdarəsindən foto sosial şəbəkələrə necə düşüb?
Y.Səfərovun bir neçə ay öncə polis əməkdaşının silahını əlindən alması, barəsində axtarış olmasına baxmayaraq, Azərbaycandan getməsi və başqa pasportla qayıtması barədə məlumatlar çoxlu suallar doğurur.