İctimaiyyət

Terrorçulara qoşulan azərbaycanlı çempionu barəsində beynəlxalq axtarış elan olunub.

Terrorçulara qoşulan Azərbaycan vətəndaşı barəsində beynəlxalq axtarış elan olunub.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.
Qax rayon sakini, 1979-cu il təvəllüdlü Arif Abidov qanunsuz silahlı qrup yaratmaqda təqsirləndirilir. A. Abidov ölkədən qaçdığı üçün Azərbaycan hüquq-mühafizə orqanları onun barəsində dövlətlərarası axtarış elan edib və saxlanılması üçün İnterpola müraciət edilib.

Qeyd edək ki, A. Abidov bundan əvvəl də İnquşetiyada Rusiya federal qüvvələrinə və Əfqanıstanda NATO qoşunlarına qarşı döyüşməkdə ittiham olunub.

Kikboksinq idmanı üzrə dünya çempionu olan A. Abidov 2008-ci ildə Əfqanıstanda koalisiya qüvvələrinə qarşı vuruşarkən yaralanıb və Beynəlxalq Qırmızı Xaç Komitəsi vasitəsilə l tarixində Azərbaycana qaytarılıb.

Azərbaycanda məhkəmə qarşısına çıxarılan A. Abidov səhhətindəki problemlərlə əlaqədar qısa müddət sonra sərbəst buraxılıb.

Bundan əlavə,  Türkiyədə terrorla mübarizə əməkdaşları İŞİD terrorçularına qarşı əməliyyat keçirib,əməliyyat zamanı 11 nəfər həbs edilib. Onlardan doqquzu Türkiyə, biri Azərbaycan və biri Misir vətəndaşıdır. Saxlanılan şəxslər İŞİD terror təşkilatına yardım etməkdə ittiham olunur.

Həmin şəxslərin qaldığı evə baxış zamanı İŞİD-ə aid çox sayda materiallar ələ keçirilib.

 

Daha çox göstər
Back to top button