Siyasət
Əliyev Ərdoğanın andiçmə mərasimində iştirak etməyib, lakin Ərdoğan Bakıya gedəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 10-da Azərbaycana və Şimali Kipr Türk Cümhuriyyətinə gedəcək. Bu haqda Türkiyə prezidentinin mətbuat xidməti məlumat verir.
Bu səfərlər seçkilərdən sonra Ərdoğanın ilk xarici ölkə səfəri olacaqdır. Azərbaycana səfər zamanı Türkiyə lideri prezident İlham Əliyevlə görüş keçirəcək.
Ərdoğanın andiçmə mərasimində Azərbaycanı Azərbaycanın baş naziri Novruz Məmmədov təmsil edəcək. Mərasimdə 22 ölkənin prezidenti, 28 dövlətin baş naziri və parlament sədri, 6 beynəlxalq təşkilatın baş katibi iştirak edəcək.