Ekonomika

Azərbaycan CQD üçün Rusiyadan qaz almaq niyyətindədir

Gələcəkdə Rusiya qazı Cənub Qaz Dəhlizi (CQD) boru kəməri sisteminin doldurulması üçün mənbələrdən biri ola bilər. “APA-Economics”in məlumatına görə, bunu SOCAR-ın investisiyalar və marketinq üzrə vitse-prezidentinin müavini Vitali Bəylərbəyov “Moskva-Baku” internet portalına müsahibəsində bildirib.

“Biz dəfələrlə bu barədə söz açmışıq, “Cənub Qaz Dəhlizi” sisteminə Azərbaycandan başqa və ya onunla bərabər yeni mənbələrdən qaz cəlb etməyə dair marağın olduğunu təsdiq edirəm.

Yeni potensial mənbələrdən Cənub Qaz Dəhlizinə qazın vurulması imkanları mövcuddur. Bu, Yaxın Şərq, Mərkəzi Asiya və ya Şərqi Aralıq dəniz regionları ola bilər. Bu, Rusiya qazı da ola bilər. Bu mənada heç bir istisna və ya ayrı-seçkilik etmirik, bütün qaz istehsalçıları və sahibləri ilə işləməyə hazırıq”, – V.Bəylərbəyov bildirib.

Daha çox göstər
Back to top button