Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünün vaxtı məlum olub

Azərbaycan Xİ naziri Elmar Məmmədyarov və Ermənistanın Xarici işlər naziri Zöhrab Mnatsakanyan arasında keçiriləcək görüşlə bağlı açıqlama yayıb.Verilən məlumata görə, açıqlamada bildirilir ki, Azərbaycan Respublikasının Xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan Xarici işlər naziri Zöhrab Mnatsakanyan ATƏT-in Minsk qrupu həmsədrlərinin (İqor Popov – Rusiya Federasiyası, Stefan Viskonti – Fransa və Endrü Sxofer – ABŞ) vasitəçiliyi ilə 11 iyul tarixində Brüsseldə görüşəcək:
“Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Ancey Kasprşik də iştirak edəcək. Görüş əsnasında Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesi müzakirə olunacaq”.
Qeyd edək ki, iyunun 22-də Minskdə Şərq Tərəfdaşlıqlar ölkələrinin Xİ nazirlərinin görüşündən sonra Elmar Məmmədyarovla görüş olmayıb. Mnatsakanyan daha öncə bildirmişdir ki, elə danışıqlar ola bilməz ki, o haqda cəmiyyət bilməsin.