İctimaiyyət
Azərbaycanda 65 ölkənin səfirliyi akkreditasiya olunub

Xaricdə Azərbaycanın 70 səfirliyi və diplomatik ofisi, beynəlxalq təşkilatlar yanında 5 nümayəndəliyi, 9 baş konsulluğu və 14 fəxri konsulluğu fəaliyyət göstərir.
Oxu.Az xəbər verir ki, bunu xarici işlər naziri Elmar Məmmədyarov bildirib.Azərbaycanda 65 ölkənin səfirliyi, 20 beynəlxalq təşkilatın nümayəndəliyi və 12 fəxri konsulluq akkreditasiya olunub. Son olaraq Portuqaliya, Venesuela, Peru və Kosta-Rikanın Azərbaycanda səfirlikləri açılıb. Həmçinin ölkədə 4 baş konsulluq fəaliyyət göstərir.