İctimaiyyət

Kvemo Kartli bölgəsinin administrasiyasının hazırladığı video-çarx azərbaycanlılar arasında narazılıq yaradıb

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Kvemo Kartli bölgəsinin administrasiyasının hazırladığı video-çarx böyük narazılığa səbəb olub.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, video-çarxda Kvemo Kartli bölgəsinin təbiəti, tarixi və dini abidələri, mədəniyyəti yer alıb.

Bölgə administrasiyasının rəsmi “Facebook” səhifəsində yerləşdirilmiş video-çarx qısa vaxt ərzində yerli azərbaycanlılar tərəfindən aktiv olaraq şərh olunub. Şərhlərdə video-çarxda Kvemo Kartli bölgəsində yaşayan azərbaycanlılara məxsus dini abidə və mədəniyyət nümunələrinin əks olunmamasından narazılıqlar ifadə olunub.

Daha çox göstər
Back to top button