Millət vəkili sosial şəbəkələrdə profilinin sıındırılmasından narahatlığını ifadə edib

Gələcəkdə virtual aləm də müəyyən qanunvericiliklə ciddi şəkildə tənzimlənməlidir, bu sahədə mövcud qanunvericilik isə təkmilləşdirilməlidir
Bunu Oxu.Az-a açıqlamasında millət vəkili Sona Əliyeva deyib.
Virtual aləmdə isə biz fiziki olaraq deyil, yalnız düşüncəmizlə virtual mövcudluğumuz sayəsində bu daxili immunitetdən məhrumuq, həmçinin bizim “təhlükəsizliyimizi” təmin edəcək heç bir baryer və sərhəd yoxdur.
Dəfələrlə olub ki, sosial şəbəkələrdə profilimiz sıındırılıb ki, mənim aləmimdə bu yad adamın mənim evimə soxulması kimi bir haldır.
Nəzərə alsaq ki, sosial şəbəkələrdəki profilimiz, elektron poçtumuz və digər elektron qeydiyyatlarımız bizim şəxsi və iş həyatımız haqqında bütün məlumatları özündə saxlayır; buna müdaxilə hər an baş verə bilirsə, deməli, biz təhlükədəyik”, -deyə, millət vəkili sözlərinə əlavə edib.