İctimaiyyət

Xəzərdə balıqlar kütləvi şəkildə ölür

Xəzər dənizi Bakı buxtası Qum adasının 3-4 km2 olan sahilboyu dayaz akvatoriyasında kütləvi balıq ölümü müşahidə olunub. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, hadisənin səbəblərini araşdırmaq üçün nazirliyin və AMEA-nın Zoologiya İnstitunun Hidrobiologiya laboratoriyasının əməkdaşları əraziyə baxış keçirib.

Baxış zamanı balıqların sivriburun kefalın körpələri olduğu məlum olub. Balıq nümunələri üzərində aparılan ümumi bioloji, morfoloji və fizioloji analizlərin nəticələrinə görə götürülən nümunələrdə infeksion xəstəliklərin törədiciləri və zəhərlənmə halları aşkar edilməyib. Analizlərin nəticələrinə görə nümunələr götürülən günü balıqların yaşadığı mühitdə suda həll olmuş oksigenin miqdarının qeyri-optimal səviyyəyədək (suda həll olmuş oksigenin miqdarı 1.5–4.0 mq/litrə-dək (norma-6 mq/litr)) azalması və  balıq orqanizminin bu dəyişikliklərə uyğunlaşmaması kefal balığı körpələrinin kütləvi tələfinə səbəb olub.

Balıqçılardan birinin çəkdiyi videoda  yüzlərlə ölü balıqların sahilə yaxın üzdüyünü görünür .

Daha çox göstər
Back to top button