İctimaiyyət

Azərbaycanda Fətullah Gülənin təhsil müəssisələri bağlanırlar

“İstək” litseylər şəbəkəsinin təsisçisi Təhsil Nazirliyinə müraciət edərək təhsil müəssisəsinin fəaliyyətinin dayandırılmasını xahiş edib. Bu haqda Turan İA məlumat yayıb. Təhsil Nazirliyi müəllimlərin və tələbələrin başqa təhsil müəssisələrinə köçürülməsilə bağlı məsələlərin həlli üçün işçi qrupun yaradıldığını bildirir.

Azərbaycanda “İstək” litseyləri 1990-cı illərin əvvəllərində türkiyəli din xadimi Fətullah Gülənin rəhbərlik etdiyi “Hizmət” Hərəkatının himayəsi ilə qlobal təhsil şəbəkəsi – “Çağ Öğretim”adı altında yaradılıb. Beş il öncə, Türkiyədə F.Gülənə qarşı təqiblər başladıqdan sonra Azərbaycanda bu təhsil müəssisələrində problemlər yaranıb. 2016-cı ilin iyulunda Türkiyədə dövlət çevrilişinə cəhd baş tutmadıqdan sonra Azərbaycanda onun adı ilə bağlı qurumların fəaliyyəti dayandırıldı.

Haqqin.az yazır ki, Hazırda Azərbaycanda fəaliyyət göstərən bütün 12 liseyin bağlanması elan edilir.

Azərbaycanda Türkiyənin “Zaman” qəzeti öz fəaliyyətini dayandırdı, “Qafqaz” Universiteti özünü buraxdı, indi də “İstək” lirseylər şəbəkəsi bağlanır. Son illər “İstək” litseyləri Bakı, Quba, Sumqayıt, Ağdaş, Lənkəran, Gəncə və Şəkidə fəaliyyət göstərirdi. Bu tədris müəssisələri və “Qafqaz” Universitetti vaxtilə Azərbaycanda ən yaxşı tədris müəssisələri hesab olunurdu.

Haqqin.az-ın verdiyi məlumata görə, liseylərin bağlanma qərarı tələbələrin validəynlərini təşvişə düşürdü, çünki onlara liseylərin ləğv olunması haqqında xəbərdarlıq edilməmişdi. Bundan başqa, yay əvvəllərində “İstək” əməkdaşları tələbələrin ailələrinə növbəti təhsil ili üçün müqaviləni təcili olaraq uzatmaq təklifi verdilər və əvvəlcədən təhsil ödənişi aldılar. Təhsil proqramından məmnun validəynlər isə, 10 min manatlıq ödənişi eydilər.

Daha çox göstər
Back to top button