İctimaiyyət
Bakıda heyvana qarşı qəddar hərəkət sosial şəbəkələri ayağa qaldırdı

Azərbaycanda inəyi maşının arxasına bağlayaraq sürüdülər. Bakının Yasamal rayonu ərazisində 10 – LO – 913 dövlət nömrə nişanlı, “Qazel” markalı avtomobil inəyi maşının arxasına bağlayaraq sürüyüb. Videokadrlardan da görünür ki, bir müddət avtomobilin arsaxınca qaçan heyvan sonradan yerə yıxılır və sürətlə hərəkət edən avtomobil onu sürüyür.
Sputnik.az xəbər verir ki, “Qazel” markalı avtomobilin sürücüsü, 43 yaşlı Kərimov Rüstəm Elbruz oğlu heyvanı avtomobilin arxasına bağlayaraq sürüyüb aparıb. Sürücü günün ikinci yarısında saxlanılaraq DYP-yə dəvət olunub. Əvvəlcə heyvanın maşının arxasınca sürünməsindən xəbərsiz olduğunu deyən R.Kərimov sonradan törətdiyini xətanı etiraf edib.