İctimaiyyət

Dövlət Təhlükəsizliyi Xidməti: Suriyada 1000-dən artıq azərbaycanlı mübarizə aparır

Suriyadakı münaqişə bölgəsinə gedən azərbaycanlıların  sayı  1000-dən artıq olub.
APA-nın məlumatına görə, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) şöbə rəisi Suad Mahmudov “Dini radikalizmlə mübarizədə birgə fəaliyyətin təşkili və əhəmiyyəti” mövzusunda keçirilən konfransda deyib.

S. Mahmudov deyib ki, Şimali Qafqazdakı terror qruplaşmalarına qoşulan Azərbaycan vətəndaşlarının sayı onlarla ölçülürdüsə, Əfqanıstan və Pakistana getmiş Azərbaycan vətəndaşlarının sayı 300-ə yaxın, Suriyadakı münaqişə bölgəsinə gedənlərin sayı isə 1000-dən artıq olub.

DTX rəsmisinin sözlərinə görə, Daxili İşlər Nazirliyi ilə birgə görülən tədbirlər nəticəsində son bir ildə xaricdən idarə olunan 7 qeyri-qanuni dini icmanın fəaliyyətinin qarşısı alınıb, 12 əcnəbi ekstremist Dövlət Miqrasiya Xidmətinin köməyi ilə ölkə hüdudlarından çıxarılıb, Dövlət Sərhəd Xidməti ilə birgə iş nəticəsində xaricdəki münaqişələrdə iştirak edən 20 ekstremist respublikaya qayıdarkən saxlanılaraq istintaq orqanlarına təhvil verilib.

Daha çox göstər
Back to top button