Siyasət

Qaregin II İsrail baş rabbinatının məsləhətçisiylə Azərbaycana sursat satmaq barədə danışıb

Qaregin II Tsayraguyn Patriarx və Ümumerməni Patriarxı  Ana Kilsə Surb Eçmiədzində  ABŞ yəhudi komitəsinin dinlərarası işlər departamentinin direktoru, İsrail baş rabbinatının məsləhətçisi rabbisi Deyvid Şlomo Rozenini qəbul edib. Ümumerməni Patriarxı iki xalqların  əlaqələrinin daha  sıxlaşdırılması və  qarşılıqlı əməkdaşlığın inkişafı üçün Ana Kilsə Surb Eçmiədzinə  soununcu səfərini mühüm sayıb.

Ümumerməni  katalikosu vurğulayıb ki,  İsrail baş  rabbinatıyla  qardaş əlaqələrinin zəngin tarixi var və Anna Kilsəsində bu görüş kommunikasiya inkişafı üçün yeni imkanları müzakirə etmək üçün yaxşı bir fürsətdir.

Qaregin II-ə əsasən, ikitərəfli gündəlik olduqca zəngindir və digər məsələlərlə yanaşı  İsrail dövləti tərəfindən Erməni Soyqırımının tanınması və Azərbaycana sursat satma məsələləri də daxildir. Bunlara Ana Kilsə həyati əhəmiyyət verir.

Öz növbəsində rabbi Deyvid Şlomo Rozen qeyd edib ki, iki ölkələrin ruhani liderlərinin əməkdaşlığı iki xalqın qarşısında duran çətinlikləri həll etmək üçün ən yaxşı yol ola bilər.

Daha çox göstər
Back to top button