Siyasət

Müsavat Partiyasının mətbuat xidmətinin rəhbəri Gəncədəki sui-qəsdlə bağlı məqalələrinə görə polisə aparılıb

Müsavat Partiyasının mətbuat xidmətinin və bastainfo.com saytının rəhbəri Mustafa Hacıbəyli iyulun 9-da günorta saatlarında 4 nəfər polis əməkdaşı təərfindən Binəqədi Rayon Polis İdarəsinə aparılıb.

Müsavat Partiyasının başqanı Arif Hacılı Turan-a bildirib ki, polis əməkdaşları əvvəlcə M. Hacıbəylinin evinə gediblər.

Sonra onlar Müsavat Partiyasının qərargahına gedərək M. Haclıbəylinin onlarla Binəqədi Rayon Polis İdarəsinə gedəcəyini bildiriblər. Deyiblər ki, Binəqədi Rayon Polis İdarəsinin rəisi onunla görüşmək istəyir.

Müsavat başqanının qənaətincə, M. Hacıbəylinin polis idarəsinə çağırılması onun rəhbərlik etdiyi bastainfo.com saytı ilə bağlıdır.

Rəsmi qurumlar M. Hacıbəylinin polis idarəsinə çağırılmasının səbəbləri barədə hələ məlumat yaymayıblar.

Qeyd edək ki, Azərbaycan Baş Prokurorluğundan verilən məlumata görə, “criminalaz.com” və “bastainfo.com” internet saytlarının internet informasiya resurslarına məlumatları yerləşdirməyə məsul olan vəzifəli şəxsləri ötən dövr ərzində  03-06 iyul 2018-ci il tarixlərdə dərc edilmiş müxtəlif başlıqlı məqalələrdə ictimai rəyi çaşdırmaq, ictimai-siyasi sabitliyi pozmaq, vətəndaşlar arasında dövlətin həyata keçirdiyi tədbirlərə inamsızlıq yaratmaq məqsədi ilə məlumatlar, eləcə də yayılması qanunla qadağan edilən informasiyalar daxil edərək yayımlayıblar.

Daha çox göstər
Back to top button