İctimaiyyət

Sərhəd yanı Tərtər sakinləri mənzillərin ədalətsiz bölüşdürülməsindən narazıdır

Sputnik Azərbaycanın bildirdiyinə görə, Tərtərdə məcburi  köçkünlər üçün inşa edilmiş mənzillər hamı üçün deyildi. İnsanlar təmas xəttindən bir neçə kilometr uzalıqda olan Şıxarx kəndində köhnə evlərdə yaşayırlar. Qeyd edilir ki,   Qaçqınlar və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsinin Tərtər rayon nümayəndəliyinin keçmiş rəhbəri Nazim Səfərovun evlərin bölüşdürülməsini ədalətli aparmayıb. “Sputnik Azərbaycan”-a danışan köçkünlər deyirlər ki, mənzillər həyat şəraiti ağır olan məcburi köçkünlərə deyil, pul qarşılığında Bakıda və başqa şəhərlərdə evi-eşiyi olanlara verilib. İndi də həmin evlərin qapıları bağlıdır. Müşahidələrimiz zamanı da məlum olur ki, həqiqətən həmin ünvanlarda yaşayan yoxdur.
N.İsmayılovanın ailəsi 6 nəfərdən ibarətdir. 4 övladından 2-si tələbədir. Həyat yoldaşı  xəstəlikdən əziyyət çəkir.

“Bizə, ancaq qaranlıq, rütubətli, qəzalı daxmada yaşamağı rəva görürlər”-deyə o qeyd etdi.

Məcburi köçkün dözülməz həyat şəraitləri barədə hakimiyyət orqanlarının da məlumatlı olduğunu deyir: “Ceyhun Səfərov Tərtər rayon İcra Hakimiyyətinin başçısı olanda mənzil problemimiz barədə xəbərdar idi. Yazdığımız məktuba cavab olaraq bildirmişdilər ki, gələcəkdə məcburi köçkünlər üçün tikiləcək binalarda mənzillə təmin olunacağıq”.

“Ceyhun Səfərovdan sonrakı başçı Müstəqim Məmmədova və “Qaçqınkom”un Tərtər rayon nümayəndəliyinin rəhbəri Nazim Səfərova da vəziyyətimiz barəsində xəbər vermişik. Ancaq onların heç biri problemimizi həll eləmək istiqamətində bir addım belə, atmayıb” – o deyir.

Daha çox göstər
Back to top button