Artsax xalqının öz müqəddəratını təyin etməsinin alternativi yoxdur: Paşinyan Brüsseldə “Karneqi” araşdırma mərkəzinin ekspertləriylə görüşüb

İşgüzar səfərlə Belçika Krallığına səfər etmiş ER Baş naziri Nikol Paşinyan “Karneqi Avropa” araşdırma mərkəzinə gedib, ekspertlər, eləcə də AB-nin bir sıra yüksək səviyyəli vəzifəlilər ilə görüşüb. ER hökumətinin bildirdiyinə əsasən, Baş nazir əvvəlcə Ermənistandakı qeyri-şiddətli, dinc məxmər inqilabinə və davam edən dəyişikliklərə toxunub, korrupsiyaya qarşı mübarizə istiqamətində hökumət tərəfindən əldə edilmiş addımlar, iqtisadi sahədə, Ermənistan-AB əlaqələrdə icraçı digər prioritetləri təqdim edib, bir sıra suallara cavab verib.
DQ münaqişəsiylə bağlı danışarkən Baş nazir vurğulayıb ki, Ermənistan münaqişənin ATƏT-in Minsk Qrupu həmsədrlərinin təklif etdiyi prinsiplərə və yanaşmalara, münaqişənin həllində beynəlxalq mandatla yeganə müzakirə formatına əsasən sülh yolu ilə nizamlanmasına sadiqdir. “Artsax xalqının öz müqəddəratını təyin etməsinin alternativi yoxdur. Münaqişənin nizamlanması bütün tərəflərin kompromisinə əsaslanmalıdır. Hər hansı digər demokratik ölkə kimi, Ermənistan münaqişənin yalnız sülh yolu ilə həllinə sadiqdir. Bu münaqişənin hərbi yoluyla həlli üçün hər hansı bir cəhd demokratiya, insan hüquqları və sülhə hücumdur”- deyə Nikol Paşinyan qeyd edib.