Mədəniyyət

Brilliant Dadaşovanın bacısı oğlu erməni mahnısı üçün səs-küyə səbəb olub

11 illik fasilədən sonra efirlərə çıxan “N-brothers” qrupunun eks üzvü Cəmil Dadaşovun qayıdışı səs-küyə səbəb olub. 1news.az xəbər verir ki,  o, ötən ay ARB-nin “Səhər-səhər” verilişində qonaq olub və erməni müğənninin repertuarında yer alan ifanı səsləndirib. Belə ki, yarı rus, yarı azərbaycan dilində oxuduğu “Po sənin sledam” mahnısının plagiat olduğu üzə çıxıb.

Mahnı Türkmənistan estradasının ulduzu Kakadxan Rəcəbov adlı erməni əsilli müğənniyə məxsusdur. “Po tvoim sledam” adlı mahnını Kakadxan Rəcəbov özü erməni müğənni Saro Vardanyanla birlikdə duet oxuyub.

Cəmil Dadaşovun sözügedən videosu “YouTube” və sosial şəbəkədə müzakirələrə səbəb olub.

Xalq artisti Brilliant Dadaşovanın mətbuat xidmətindən bildiriblər: “Biz bilmirdik ki, ölkəmizdə erməni musiqinin və erməni müğənnilərinin əsərlərinin o qədər pərəstişkarı var”.

Daha çox göstər
Back to top button