BaşlıcaBeynəlxalq

Brüsseldə Paşinyan-Makron görüşü keçirilib

Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan NATO-nun qərargahında iyulun 11-də Fransa Prezidneti Emanuel Makron ilə görüşüb.

Brüsseldən “Armenpres”-in müxbirinin bildirdiyinə əsasən, görüşün başlanğıcında Fransa Prezidneti Paşinyan ilə görüşlə bağlı öz məmnuniyyətini bildirib qeyd edərk ki, gələcəkdə artıq Yerevanda Frankofoniya sammitində görüşəcək, hansı da frankofon bütün ölkələri üçün mühüm hadisədir.

Baş nazir Nikol Paşinyan da Emanuel Makronu Futbol üzrə dünya çempionatının final mərhələsinə keçmiş Fransa futbol komandasının qalibiylə bağlı təbrik edib.

Nikol Paşinayn vurğulayıb ki, Fransa ilə formalaşdırılmış iki xalqların ənənəvi dostluğu və qarşılıqlı hörmətinə əsaslanan imtiyazlı münasibətləri yüksək qiymətləndirir. Ermənistanın Frankofoniya beynəlxalq təşkilatının 17-ci sammitinin yüksək səviyyədə təşkil etməsinə hazır olmasını vurğulayaraq, ER Baş naziri əlavə edib ki, sammit zamanı həmçinin iqtisadi komponentə böyük diqqət yetiriləcək. Emanuel Makron Nikol Paşinyanı ER Baş naziri vəzifəsində seçilməklə bağlı təbrik edib və bizim ölkəmizdə baş vermiş hadisələrin dinc, demokratik yolla həllini mühüm sayıb. Fransa Prezidenti vurğulayıb ki, öz ölkəsi dost Ermənistan ilə müxtəlif sahələrdə, o cümlədən ticari-iqtisadi sahədə sıx əməkdaşlığın genişləndirməsinə yönəlmiş səylərini davam etməyə hazırdır.

Həmsöhbətilər Qarabağ münaqişəsinə də toxunub və ATƏT Minsk həmsədrlərinin formatı çərçivəsində, sülh danışıqlar prosesi vasitəsilə onun həllini mühüm sayıb.

Daha çox göstər
Back to top button