Emin Ağalarov ABŞ-da seçkilərə təsir etməkdə ittiham olundu
Xalq artisti, məşhur bəstəkar-müğənni Emin Ağalarov ABŞ-da seçkilərin nəticələrinə təsir etməkdə günahlandırılıb.
Haqqin.az xəbər verir ki, Ağalarov “Vice News” telekanalına müsahibə verib. O, sözügedən ittihamlara cavab verib. Ağalarov heç vaxt ABŞ-da seçkilərin nəticəsinə təsir etməyə cəhd göstərmədiyini bildirib:
“Məni ABŞ-da keçirilən son seçkilərə müdaxilədə günahlandırırlar. Bu, çox qəribədir. Məni – Azərbaycandan olan və Moskvada yaşayan oğlanı… Çünki ABŞ prezidenti Donald Trampı şəxsən tanıyıram. Bu çox qəribə və gülünc ittihamdır”.
Müğənni bildirib ki, 2013-cü ildə Rusiyada “Miss Kainat” müsabiqəsi keçirilən zaman Tramp Putini də yarışmaya dəvət etməyi təklif edib. Ağalarov qeyd edib ki, bu, Rusiya dövlət başçısının iş qrafikinə görə mümkün olmayıb.
Ağalarovu həmçinin 2016-cı il iyununda Nyu-Yorkda Donald Trampın övladı və rusyalı vəkil Natalya Veselnitska ilə görüşü barədə soruşublar. Ağalarov qeyd edib ki, Trampın övladı ilə görüşdən əvvəl danışmışdır. “Mən dedim ki, bəzi insanlar səninlə görüşmək istəyirlər”. Onun sözlərinə görə Trampın övladı asanlıqla razılaşdı.
Prezidentin övladı isə, demişdi ki, bu söhbəti xatırlamır.