Rus turistlər Novxanıda erməni mahnısını sifariş veriblər
Novxanı qəsəbəsində yerləşən “Ləman” Ailəvi İstirahət Mərkəzində erməni mahnısı səsləndirilib. Bu barədə Bizimyol.info-ya həmin restoranın müştərisi məlumat verib.
O bildirib ki, Rusiyadan gələn turistlər erməni mahnısını sifariş verib oynayıblar: “Mən “Ləman” Ailəvi İstirahət Mərkəzinin əməkdaşlarına səslənən mahnının erməni mahnısı olduğunu bildirdim. Etirazıma baxmayaraq mahnı sona qədər səsləndirildi”.
Məsələ ilə bağlı “Ləman” Ailəvi İstirahət Mərkəzinin meneceri Könül Quliyeva bildirib ki, səsləndirilən mahnı müştərinin sifarişi olub: “Restoran əməkdaşları mahnının erməni mahnısı olduğunu bilməyiblər. Əməkdaşlara məsələ agah olandan sonra dərhal mahnının səsləndirilməsi dayandırılıb. Yalnışlığa görə üzr istəyirik və bu bir daha təkrar olunmayacaq”.