İctimaiyyət

Gəncəyə gedən video-bloger ”yoxa çıxıb”

Meydan TV xəbər verir ki, Elvin Ağsaqqal kimi tanınan video-bloger Elvin Hüseynov iyulun 10-dan “yoxa çıxıb”. Onun sonuncu dəfə Gəncədə olduğu haqda məlumatlar var. Yaxınlarının Meydan TV-yə verdiyi məlumata görə, iyulun 10-da axşam saat 20 radələrində Gəncənin mərkəzində baş verənləri işıqlandırmaq üçün hadisə yerinə gedib. Ondan sonra Elvin Ağsaqqaldan hər hansı xəbər almaq mümkün olmayıb.

Daxili İşlər Nazirliyi saxlanılanların adlarını açıqlamadığından video-blogerin həbs olunanlar arasında olub-olmadığı bəlli deyil. Meydan TV-nin DİN-dən bu barədə məlumat almaq cəhdləri boşa çıxıb. İyulun 11-də 40-dan çox şəxsin Gəncə Şəhər Məhkəməsinə gətirildiyi və 30 sutka həbs cəzası aldığı bildirilir. Lakin onların da arasında Elvin Ağsaqqalın olmasına dair məlumat yoxdur.

Daha çox göstər
Back to top button