N.Paşinyan NATO qərargahına gedib: “Azərbaycan demokratiyaya qarşı təcavüzkar siyasət aparır”
Ermənistan Respublikasının Baş naziri Nikol Pasinyan Belçika Krallığına işgüzar səfərinin ikinci günündə NATO qərargahına getmişdir. Brüsseldən “Armenpress”-in müxbirinin verdiyi məlumata görə, , qərargaha daxilolmazdan öncə, jurnalistin sualına cavab olaraq qeyd edib ki, Ermənistanın yeni hökumətinin qarşısında duran vəzifə konstruktiv siyasət yürüdərək həyata keçirməkdir. Onun sözlərinə görə, təhlükəsizlik məsələləri ilə bağlı Brüsseldə keçirilən görüşlər zamanı konstruktiv müzakirələr keçirilib.“Ermənistanda demokratik inqilabdan sonra təəssüflər olsun ki, Azərbaycan daha aqressiv hala gəldi. Bu, yalnız Ermənistana qarşı təcavüz deyil, bölgəmizdə demokratiyaya qarşı təcavüzkar bir siyasətdir “-deyərək Nikol Paşinyan bəyan edib.