Təhlil

Natiq Cəfərli: Gəncə hadisələrinin səbəblərindən biri cəmiyyətdə mövcud olan ədalətsizlikdir

«Gəncə hadisələrinin baş verməsinin iki qlobal səbəbi var». Bunu Gəncə hadisələri haqda danışan REAL Partiyasının icra katibi Natiq Cəfərli Azadlıq Radiosuna deyir. Onun sözlərinə görə, bu səbəblərdən biri «cəmiyyətdə mövcud olan ədalətsizlikdir», yəni vətəndaş hər addımbaşı ədalətsizliklə üz-üzə qalır və haqqını əldə edə bilmir.

İkinci səbəbsə, təhsilin səviyyəsinin aşağı düşməsidir: «Təhsilsizlik olan yerdə, təhsil səviyyəsi aşağı olan məkanda ortaya qaragüruh çıxır və neçə ildir ki, bu barədə ölkə müxalifəti xəbərdarlıq edir. Amma bu xəbərdarlıqları dinləyən olmadı».

N.Cəfərli hesab edir ki, belə qaragüruh qüvvələrin ortaya çıxdığı vaxt sekulyar və sivil toplumun əhatə dairəsi məhdudlaşır və «elə bu səbəblər də Gəncə hadisələrini törədib».

Lokal səbəblərə gəlincə, N.Cəfərli bu barədə informasiya qıtlığı olduğundan fikir söyləyə bilmir. Amma əlavə edir ki, iki zabitin qətlə yetirilməsi olduqca pis hadisədir.

Daha çox göstər
Back to top button