Yük maşının sürücüsünün sükan arxasında yuxuya getməsi səbəbindən Bakıda dəhşətli qəza baş vermiş

Bakıda yaşanan dəhşətli olayla bağlı cinayət işi açıldı․1news.az-a Qaradağ rayon polis şəbəsindən verilən xəbərə görə, bu gün səhər saatlarında Bakı-Qazax avtomagistralının 21-ci kilometrliyində “90-OJ-802” dövlət qeydiyyat nişanlı yük maşını “10-TF-383” dövlət qeydiyyat nişanlı sərnişin avtobusuna çırpılıb.
“Məlum qəza nəticəsində 1 nəfər ölüb, xəsarət alan 19 nəfər həkimə müraciət edib. Həkimə müraciət edənlərdən 13 nəfəri ilkin tibbi yardımdan sonra evə buraxılıb, 6 nəfərin isə müalicəsi xəstəxanada davam etdirilir”-deyə Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rüfət Quliyev qeyd etdi.
Bakı Nəqliyyat Agentliyindən İstiPress-ə verilən məlumata görə, hadisənin yük maşınının sürücüsünün sükan arxasında yuxuya getməsi səbəbindən baş verdiyi ehtimal edilir