Belarus bloqqer Ermənistanın İctimai Radiosu ilə Azərbaycandakı ermənifobiya və casus maniası haqqında danışdı
Azərbaycana etdiyi səfər barədə video yaydıqdan sonra Vlad Maga adı ilə bilinən erməni əsilli belarus bloqqer və səyyah Vlad Mosesov hücumlar, təhdidlər və şantajlara məruz qaldı.
Vlad Mosesov Ermənistan İctimai Radiosuna verdiyi eksklüziv müsahibəsində Azərbaycanda bir erməninin hisslərini anlatdı.
Vlad Azərbaycana getdikdən sonra ona qarşı olan təhdidlərə toxunurkən qeyd edib ki, bunun səbəbi onun tərəfindən “erməniliyin qəbul olunması”, yəni öz köklərini qəbul edib bunlar haqqında danışması olub.
“Əğər mən köklərim haqqında danışmasaydım, belkə də insanlar orada mənfi bir şəkildə baxmayacaqlardı, lakin mən erməni əsilli olduğumu dedim və insanlar pis baxmaya başladılar və onlar yaxşı şeylərə belə diqqət vermədilər. Mənim üçün bu şok idi. Mən başa düşdüm ki, bu münaqişə vəziyyətindən yaxşı bir şey gözlənilməz, lakin düşünürəm ki, bu qədər artıq çox idi. Bu maksimal çox idi”,-deyə bloqqer qeyd etdi.
Onun sözlərinə görə, Azərbaycana getdikdən əvvəl onun erməni əsilli olduğu bu cür davranışlara səbəb olmamışdı.
“Mən xatırlayıram ki, mən hətta azərbaycanlı şöferlərlə yola çıxmışam, onlarla uzun söhbət etmişəm. Sonra isə, o mənim köklərim haqqında soruşdu, mən də axmaq oğlan kimi dedim: “Atam ermənidir, anam isə rusdur”. O susdu və mənimlə danışmadı. Mən də düşünürəm niyə danışmır? Niyə susduğunu indi başa düşürəm. Yəni, mən bu münaqişəyə və bütün bu ölkəyə yalnız səfər ərzində daxil olmuşam”. Məhz bu səfər onun köklərini ortaya qoymağa başladı, çünki bundan əvvəl heç kəs ona bunun üçün toxunmadı.
Bloqqer eyni zamanda öz hissləri haqqında da danışdı. “Hər addımda sənədlərimi istəyirdilər. Elə çıxdı ki, Qafqazdakı insanların qonaqpərvər olduğunu deyənlər heç də qafqazlı deyildilər. Mən heç bir Qafqazı hiss etmirəm. Düşünürdüm ki, bunun səbəbi İran sərhədlərinə yaxın olmamdı, Sərhəddə hər şey çox ciddidir, lakin mən şəhərə çatdım, Kirovabad yaxınlığındaydim və məni yoxlamağa başladılar”.
Nəticədə yerlilər polis çağırdılar və məni yoxladılar. “Allaha şükür, iki adam məni oradan çıxartaraq mühafizə postuna götürdülər. Oradakı etibarsızlıq və pis baxışlar… Mən bunu qəzəblənmiş bir erməni kimi deyil, bir turist olaraq deyirəm. Mən oranın vəziyyətini qiymətləndirirdim və şok oldum. Onlar bunu dinləmək istəmirlər, eşitmək istəmirlər və bunun üçün də bu qədər təcavüz var”,-deyə Vlad qeyd etdi. Onun sözlərinə görə, onlara heç kəs həqiqəti demir.
Vlad Maga əlavə edib ki, Ermənistana gəlmək istəyir, lakin əğər “vəziyyət pisləşirsə”, planlarını sürətləndirmək məcburiyyətində qalacaq.