İctimaiyyət

FETÖ-nün Azərbaycan üzrə kassiri həbs edildi

Türkiyə Milli Kəşfiyyat İdarəsinin (MİT) FETÖ üzvlərinə qarşı həyata keçirilən əməliyyat nəticəsində, terror təşkilatının “Azərbaycan kassası” ilə Mersində FETÖ-ya bağlı iş adamlarının imamlığını edən iki şəxs xarici ölkələrdə həbs edilərək Türkiyəyə aparılıb.
Əldə edilmiş məlumatlara görə, FETÖ üzvləri İsa Özdəmir Azərbaycanda, Salih Zeki Yığit isə Ukraynada həbs edilib.
FETÖ üzvü İsa Özdəmir 1997-ci ildə Bakı Dövlət Universitetini bitirib. Bu şəxs bir müddət Azərbaycanda FETÖ-nün xüsusi işlər məsələsinə baxıb. O daha sonra FETÖ-nün “Azərbaycan kassası” kimi fəaliyyət göstərib. O, Bakıda inşaat sektorunda çalışıb və “Avro-2000” firmasının sahibi olub.

Daha çox göstər
Back to top button