İdman

Lüksemburq klubu problemlərin olmaması üçün erməni hücumçusunu Bakıya gətirmədi

Lüksemburqun “Proqres” klubunun baş məşqçisi Paolo Amodio Avropa Liqasının I təsnifat mərhələsində “Qəbələ”ylə qarşılaşma öncəsi mətbuat konfransı keçirib. Məlumatı Haqqin.az yayıb.

Mətbuat konfransında önəmli mövzlulardan biri erməni hücumçu Aleksandr Karapetyanın Azərbaycana getməməsi idi.

Bununla bağlı suala idman direktoru Tomas Jiljeman belə cavab verib: “Bu çox həssas bir məqamdı. “Fair Play” qaydalarına əsas tutaraq Karapetyanı Lüksemburqda qoyduq. Halbuki, o, ötən mövsümdə 29 qol vurub, bizim üçün vacib futbolçudu. Sadəcə, hər iki komandanı çətin vəziyyətdə qoymamaq, azarkeşləri düşünərək bu addımı atdıq”.

Daha çox göstər
Back to top button