M. Zaxarova: “Moskva ümidvardır ki,Yerevanla Bakı əlavə müşahidəçilərə dair aydın razılıq əldə edəcək”

RF XİN rəsmi nümayəndəsi Mariya Zaxarova, jurnalistlərlə qısa icmalda ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Ancey Kasprşik idarəsinin imkanlarını genişləndirmək və onun mümkün təsirini Qarabağ məsələsinin nizamlanması işində münasibət bildirib. O, xatırladıb ki, 2016-cı ildə Sankt-Peterburq və Vyana görüşlərində Ermənistan və Azərbaycan prezidentləri münaqişə zonasında vəziyyətin sülh yolu ilə həlli üçün əlverişli atmosfer yaratmaqla əlaqədar addımları müzakirə ediblər.“Bu məqsədlə, münaqişə zonasında beynəlxalq müşahidəçilərin sayını artırmağı qərara aldılar. Bu mövzu münaqişələrin növbəti mərhələsi, o cümlədən, bu il əvvəlində Krakovda Ermənistan və Azərbaycan Xarici işlər nazirlərinin görüşündə müzakirə olunmuş, nəticədə əlavə müşahidəçilərin sayı, yerləşdirilməsi və digər məsələlərə nail olunmuşdur. Ancaq son qərar hələ tərəflər tərəfindən qəbul edilməmişdir “- deyərək Mariya Zaxarova qeyd edərək xatırladıb ki, hazırda Ermənistanda yeni hakimiyyətdir. Nazir qeyd edib ki, nazirlərin ilk görüşündən sonra digər görüşlər keçiriləcək, orada tərəflər Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı geniş məsələləri, o cümlədən müşahidəçilərlə bağlı məsələləri müzakirə edəcəklər.