Beynəlxalq

Makron, Poroşenko, Tsipras Paşinyanı öz ölkələrinə dəvət edib

Baş nazir Nikol Paşinyan NATO sammiti çərçivəsində iyulun 12-də bir sıra ölkələrin liderləriylə qeyri-formal, işgüzar görüşlər keçirib.
Xüsusilə, baş nazir Əfqanıstan Prezidneti Aşraf Ğani, Belçika Krallığının Baş naziri Şarl Mişel, Almaniya kantsleri Angela Merkel, Fransa Prezidenti Emanuel Makron, İtaliya baş naziri Juzeppe Konte, kanada Baş naziri Zoran Zayev, Solvakiya Prezidenti Andrey Kiska və NATO-nun Baş katibi Yens Stoltenberqlə görüşüb.

Baş nazir aşağıdakı dövlətlərin rəhbərləri və NATO-nun Baş katibi ilə ikitərəfli və çoxtərəfli əlaqələrin inkişafının prespektivlərini və qarşılıqlı maraqları təmsil edən müxtəlif məsələləri müzakirə edib.

Kanada Baş naziri Castin Tryudo payızda Yerevanda keçiriləcək Frankofoniya 17-ci sammitində öz iştirakını yenidən təsdiq edib və qeyd edib ki, Ermənistanda hələ 1988-ci ildə atasıyla olmuşdur və bizim ölkəmizlə bağlı yaxşı və müsbət xatirələri var.

Fransa Prezidenti Emanuel Makron, Ukrayina Prezidenti Pyotr Paraşenko və Yunanıstan Baş naziri Aleksis Tsipras Baş nazir Paşinyanı öz ölkələrini dəvət edib. Onlar Ermənistan ilə bir sıra sahələrdə ikitərəfli əməkdaşlığın genişləndirilməsini mühüm sayıb və ümid bildirib ki, ER yeni hökumətiylə effektiv əməkdaşlıq ediləcəkdir. İtaliya Baş naziri tarixən güclü dostluq əlaqələrinin mövcudluğu vurğulayıb və onların gələcək möhkəmləşdirilməsi və inkişafını mühüm sayıb.

Baş nazir və NATO-nun Baş katibi Ermənistan-NATO əmıəkdaşlığının prosesi ilə bağlı məsələləri müzakirə edib.

Daha çox göstər
Back to top button