İctimaiyyət

Azərbaycanlı deputat Türkiyə və İranda hicab geyinmələrini cəhalət adlandırıb

Azərbaycan müstəqil olana qədər ənənəvi islam var idi. Biz artıq müstəqil dövlətik və dinə yanaşmamız tam fərqli olmalıdır.

Oxu.Az-ın məlumatına görə, bunu millət vəkili Fazil Mustafa “Media: dini radikalizmlə mübarizə” adlı konfransda çıxışı zamanı deyib.

Millət vəkili bildirib ki, dövlətin dinə yanaşması dəyişməlidir:  “Yaşı 14-dən az olan qızların hicab geyinməyinə yol vermək olmaz. Azərbaycanın tanıdığı bir neçə hicab forması olmalıdır.  Ölkəyə gələn turist özünün istədiyi hicab formasını geyinə bilər. Lakin  vətəndaşlar üçün bir qayda olmalıdır. Türkiyə, İran və Ərəb ölkələrində geyinilən, insanlarda xof yaradan hicab formasının ölkəmizdə geyinilməsinə icazə verilməməlidir. Cəhalətə yol veriləcək məqamlardan əhalini uzaqlaşdırmalıyıq”.

Daha çox göstər
Back to top button