BaşlıcaSiyasət

Svitalski:” Qarabağ münaqişəsi xəttində eskalasiyanı istisna etmək üçün hər şey edilməlidir “

Qarabağ münaqişəsi xəttində  eskalasiyanı  istisna etmək üçün hər şey edilməlidir. ”Bu mesaj eləcə də Azərbaycana   göndərilib. Bu gün  jurnalistlərlə  görüşərkən bu haqda  AB  nümayəndəlik  rəhbəri  Pyotr  Svitalski bəyan edib.”AB olaraq biz ATƏT-in Minsk qrupunun həmsədrlərini dəstəkləmək üçün əlimizdən gələni edirik. Anlayırıq ki, iki ölkə Xarici işlər nazirləri arasında ilk təmas Brüsseldə keçirilib. Mən də deyə bilərəm ki, Dağlıq Qarabağ məsələsi Avropa Birliyinin rəsmiləri və Ermənistanın Baş naziri arasında baş verən görüşlərin gündəliyində yüksək səviyyəli və çox ciddi şəkildə keçirilib”- deyə Pyotr Svitalski qeyd edib.“Biz narahatlıq duyduq və sülh mesajı göndərmək üçün əlimizdən gələni edəcəyik. Biz bu regionda və xüsusilə Dağlıq Qarabağ münaqişəsi kontekstində yeni gərginliyə ehtiyac duymuruq. Bu mesaj Azərbaycan rəhbərlərinə də göndərildi” –deyərək Pyotr Svetlitski  bəyan edib.

Daha çox göstər
Back to top button