İctimaiyyət
Azərbayacan-Gürcüstan sərhədindəki sıxlıq azərbaycanlıların narazılığa səbəb olub

İyulun 15-də Gürcüstanla sərhəddə yerləşən “Sınıq Körpü” gömrük postunun sərnişin xəttində sərhədkeçmə prosesi zamanı sıxlıq müşahidə olunub.Sosial şəbəkələrdə insanlar şikayət ediblər ki, “Sınıq Körpü” gömrük postunun sərnişin keçid xəttində müşahidə olunan sıxlıq səbəbindən oradan keçməsi mümkünsüz idi.
“Haqqin.az”ın bildirdiyinə görə, “Sınıq Körpü” gömrük postunda sıxlıq səhər saatlaırnda olub. Qeyd edilir ki, iyulun 15-dən etibarən sutka ərzində “Sınıq Körpü” gömrük postunun idxal və ixrac sərnişin xəttləri üzrə 12 minə qədər şəxs gömrük nəzarətindən keçib.