Ekonomika

Azərbaycan nefti kəskin ucuzlaşdı

Azərbaycan nefti 3 dollardan çox ucuzlaşıb.

Oxu.Az xəbər verir ki, “AzeriLight” markalı neftin 1 barelinin dəyəri 3,06 dollar və ya 3,98% azalaraq, 73,79 dollar təşkil edib.

“Son 5 gündə dünya bazarında neftin qiyməti 6 faiz ucuzlaşıb və hazırda “Brent” markalı neftin qiyməti 75 dollardan aşağı təklif edilir”. Meydan TV-nin xəbərinə görə, bunu iqtisadçı Vüqar Bayramov bildirib. Onun fikrincə, neftin dünya bazarında qiymətinin düşməsi bir sıra iqtisadi və eləcə də siyasi səbəblərlə bağlıdır: Digər bir səbəb ki, iqtisadçı ABŞ-da neft hasilatının artmasını göstərib. V.Bayramov başqa bir səbəb kimi ötən həftə Ağ Evin İran məsələsində daha yumşaq mövqe nümayiş etdirməsini bildirib:

İqtisadçı bildirir ki, siyasi müdaxilələr olmasa, bazar tarazlığı hər barel üçün 60 dollar ətrafında bərqərar olmalıdır. Buna görə də, iqtisadiyyatın diversifikasiyası və neftdən asılılığın aradan qaldırılması iqtisadi siyasətin əsas prioriteti olaraq qalmalıdır:

“Azərbaycan mərhələli şəkildə ixracatda və eləcə də büdcə gəlirlərində formalaşmasında neftin payının azalmasına nail olmalıdır ki, xarici faktorlarının təsirlərini minimumlaşdırmaq mümkün olsun”.

Daha çox göstər
Back to top button