İctimaiyyət

Ekspert: Azərbaycanda kütləvi işsizlik var

Rəsmi statistikaya görə, Azərbaycanda 36 min qeydiyyatdan keçmiş işsiz var. Heç bir işlə məşğul olmayan əmək qabiliyyətli olmayan əhalinin sayı isə 4,5 faizdir. Məlumatı Azadlıq Radiosu yayıb.

Demokratiya və İnkişaf Hərəkatının lideri, iqtisadi təhlilçi Qubad İbadoğlu deyir ki, Azərbaycanda, reallıqda həm qeydiyyatdan keçmiş, həm də keçməmiş işsizlərin sayı hökumətin statitistikasında göstəriləndən qat-qat çoxdur.

İqtisadi təhlilçi Qubad İbadoğlu deyir ki, ölkədə işsizlik xüsusilə son üç ildə manatın dollara nəzərən iki dəfəyə qədər dəyər itirməsindən sonra artıb. Onun sözlərinə görə, bu hadisədən sonra xüsusilə maliyyə və bank sistemində ixtisarlar başladı.

“Azərbaycanda kütləvi işsizlik var və bunun səbəblərindən biri də ölkə iqtisadiyyatının strukturu ilə bağlıdır. Ölkə iqtisadiyyatı əsasən neft sektorunda formalaşır və qeyri-neft sektorunun əmək tutumlu sahələri inkişaf etməyib. Ölkədə əmək haqları aşağıdır və insanlar aldıqları əmək haqqı ilə öz xərclərini ödəyə bilmirlər. O baxımdan qeyri-leqal işsizlik də yüksəkdir”.

Qubad İbadoğlunun fikrincə adamlar ona görə məşğulluq idarələrində qeydiyyatdan keçməyə maraqlı deyillər ki, orda təklif olunan işlərlə qane olmurlar, üstəlik müraciət proseduru da uzundur.

Daha çox göstər
Back to top button