İctimaiyyət

Mühacir ailə üzvlərinin polis şöbəsinə aparıldığını deyir

Almaniyada mühacirətdə olan Müsavat AKM-in Bayern Koordinatorluğunun üzvü Hekayət Mirzəyevin ailə üzvlərinin Biləsuvar Rayon Polis Şöbəsinə aparıldığı deyilir. Meydan TV-nin xəbərinə görə, bu barədə o, öz “Facebook səhifəsində yazıb.

H.Mirzəyev deyir ki, iyulun 13-də, saat 13-14 radələrində heç bir səbəb olmadan anası Gövhər, qardaşları Kainat Səxavət oğlu, İyanət Səxavət oğlu və qayını Tofiq Mirzəxan oğlu Mirzəyevləri Biləsuvar rayon polis şöbəsinə aparıblar.

Yaxınlarının Meydan TV-yə verdiyi məlumata görə, Mirzəyevlərdən izahat aldıqdan sonra buraxılıblar. İyulun 16-da isə H.Mirzəyevin qayınatası, qayınanası və qayını da şöbəyə aparılıb. Onlardan da izahat alındığı bildirilir. Yaxınları baş verənləri H.Mirzəyevin fəaliyyəti ilə bağlayırlar.

Hekayət Mirzəyev də ölkədəki qanunsuzluqlar barədə açıq danışdığına, hakimiyyəti sərt tənqid etdiyinə görə ailə üzvlərinin cəzalandırıldığı deyib.

 

Daha çox göstər
Back to top button