İctimaiyyət

Azərbaycan pul yuyulması ilə məşğul olan bir landromat da bağlanıb

Avropanın ən böyük “paltaryuyanlarından” biri olduğu məlum olan Danimarkanın Danske Bank-ı ilə bağlı səs-küyə səbəb olan qalmaqal getdikcə artır. Danske Bank-ın daxili nəzarət üzrə direktoru istefa verib, o, şirkətin Estoniyalı “qızının” maliyyə maxinasiyaları haqqında davam edən araşdırma ilə əlaqədar rəhbər vəzifəni tərk etmək məcburiyyətində qalan dördüncü əməkdaş oldu. Bu haqda  Kürü Diplomasiyası sitesi Turan informasiya agenliyinə istinadən xəbər verir.

Mənbənin bildirdiyinə görə, “Maliyyə maxinasiyaları” dedikdə bankın Estoniya filialının Azərbaycan və Rusiyadan qanunsuz olaraq çıxarılan böyük vəsaiti yuması haqqında cinayət işi nəzərdə tutulur.

DB-nin Pribaltika filialı ötən il qalmaqalın mərkəzində idi, həmin vaxt araşdırmalar zamanı xarici şirkətlərlə bağlı şübhəli tranzaksiya faktları üzə çıxmışdı. Korrupsiya və Mütəşəkkil Cinayətkarlığın Araşdırılması Mərkəzi (OCCRP) tərəfindən yayılmış materiallar isə şübhələr üçün ciddi səbəb oldu. Bu materiallarda Rusiya, Ukrayna və Azərbaycan siyasətçilərinin, yüksək vəzifəli məmurlarının adları keçirdi, pulların yuyulması sxemləri açıqlanırdı-deyə məqalədə qeyd edilir.

Araşdırma ərzində kifayət qədər məşhur Azərbaycan soyadları və sahibləri Azərbaycan oliqarxları olan şirkətlərdən çox böyük məbləğdə köçürmələr də aşkar edilib.

Äripäev qəzetinin məlumatına görə, Estoniyada “paltaryuyan maşın” Danske Bank-ın yerli filialında Böyük Britaniyada qeydiyyatda olan, amma ünvanı Azərbaycanın paytaxtı Bakıda olan 4 şirkətin hesablarından köçürülmüş 2,5 milyard avronu yuyub. Bu şirkətlər Polux Management LP, Hilux Services LP, Metastar Invest LLP və LCM Alliance LLP adlanır, amma onlar haqqında məlumat çox azdır. Britaniyanın firmalar reyestrinə əsasən, bu dörd şirkətin sahibi ofşor şirkətlərdir, real mülkiyyətçilər haqqında məlumat isə gizlidir,- deyə agenlik xəbər verir. Danimarkanın iqtisadiyyat naziri Rasmus Yarlov hadisəni “Danimarka bank sektoru üçün “bədnam ləkə” adlandırıb və bildirib ki, DB ətrafında qalmaqalda yeni ifşalarla maliyyə nəzarəti müəssisəsi məşğul olacaq.

Daha çox göstər
Back to top button