İctimaiyyət

Azərbaycanda jurnalistlərin qətlinə görə cəzasızlıq presedentə çevrildi

Jurnalist Elmar Hüseynov 13 il əvvəl  yaşadığı evin qarşısında tapançadan atılan 7 atəş nəticəsində qətlə yetirilib.Bu haqda “Turan” informasiya agentliyini xəbər verir. Elmarın qətlindən sonra Azərbaycanda jurnalistlərin qətlinə gğrə cəzasızlıq presedentə çevrilib.
“Elmar öz talantının ilk qurbanı olub, haqsızlıq, avtoritarizm və qanunsuzluğa səssiz qalmayıb… Ondan sonra başqa junralistlər də qətlə yetirilib. Novruzəli Məmmədov, Rafiq Tağı, Rasim Əliyev…”-deyə mənbə qeyd edir.

“Turan” informasiya agentliyinin bildirdiyinə görə, “Monitor” jurnalı ölkədə ən oxunan jurnalı idi. Jurnaldakı məqalələri həm ai oxucular həm də hakimiyyətin  yüksək rütbəliləri oxuyublar. Hüseynovun fəaliyyəti nəticəsində Azərbaycan hakimiyyəti dəfələrlə onun fəaliyyətini dayandırmaq istəyiblər. Ona qarşı  ittihamlar irəli sürülüb, hətta məküm edilib, ama altı ay sonra keçmiş prezidenti Heydər Əliyevin  imzaladığı Əfv Sərəmcamı ilə əfv edilib.

“Turan” informasiya agentliyinin bildirdiyinə görə,  jurnalistin susdurulmasına yönəlmiş tədbirlərdən sonra, öldürmə qərar verilib. Bu qətlin nə sifarişçisi nə də təşkilatçı heç vaxt həbs edilməyib.

Hakimiyyətlər qeyd edirlər ki,  şübhəlilər  “İnterpol” xətti ilə beynəlxalq axtarış elan edilib, onların ölkəyə çatdırılması çox çətin”- deyə Turan informasiya agentliyi yazaraq qeyd edir ki, həkimiyyətləri tənqid edən jurnalis Afqan Muxtarlı isə çox asanlıqla Tiflis mərkəzində oğurlanaraq Bakıya gətirilib.

13 aprel 2017-ci ildə  Avropa İnsan Hüquqları Məhkəməsi  Azərbaycana qarşı 23 iş üzrə qərarları elan edib. AİHM-in qərarında qeyd edilir ki, Azərbaycan dövləti E.Hüseynovun qətlə yetirilməsini effektiv araşdırmayıb. Hökumət buna görə mərhum jurnalistin həyat yoldaşına təzminat ödəməlidir.
Meydan.Tv isə bu barədə yazır:

“Hakimiyyət  məntiqsiz repressalarla “Monitor”  jurnalı Azərbaycandakı söz azadlığının lakmus kağızına  çevirib”.

 

Daha çox göstər
Back to top button