
ER Müdafiə naziri Davit Tonoyan İyulun 17-də Ermənistanın Respublikasının Müdafiə Nazirliyinin inzibati kompleksində Çin Xalq Respublikasının fövqəladə və səlahiyyətli səfiri Tian Erluni qəbul etmişdir. Bu barədə Ermənistan Respublikasının Müdafiə Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr departamenti məlumat verib.Nazir Tonoyan və səfir Erlun Ermənistan-Çin münasibətlərinin, müdafiə sahəsi də daxil olmaqla əməkdaşlığın bütün sahələrində yüksək səviyyədə olduğunu qeyd etdilər. Hər iki tərəf əməkdaşlığın inkişaf potensialının tam həyata keçirilməsini vurğuladı.Onlar regional və beynəlxalq təhlükəsizlik məsələləri ilə bağlı fikir mübadiləsi aparıblar.Görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə olunmuşdur.