Rus deputatı: Xəzər sammitinin əsas mövzusu hüquqi status məsələsidir

Rusiya Dövlət Dumasının beynəlxalq əlaqələr komitəsinin üzvü Sergey Jeleznyak “РИА Новости”-yə müsahibədə bildirib ki, sammit çərçivəsində Yaxın Şərqə yaxın ölkələrin təhlükəsizliklərinin möhkəmləndirilməsi məsələsi müzakirə ediləcək.
“İqtisadi məsələlərdən başqa, energetika, nəqliyyat, ticarət və bir sıra sahələrdə regional əməkdaşlıq məsələləri də müzakirə ediləcək. Eyni zamanda söhbət Yaxın Şərqin qeyri-stabil ocaqlarına yaxın yerləşən ölkələrin təhlükəsizlik məsələlərindən söhbət açılacaq. Bizim sammitin iştirakçısı olan dövlətlərlə əməkdaşlığımız dinamik temp üzrə inkişaf edir”, – deyə rusiyalı siyasətçi qeyd edib.
Siyasətçi qeyd edib ki, ölkələrin ümumi tapşırıqları arasında gömrük prosedurlarının sinxronlaşdırılmasını tələb edən “Şimal-Cənub” nəqliyyat dəhlizinin inkişafıdır.
“Bu, sammitin bütün iştirakçıları üçün Xəzər dənizinin tam hüquqi statusu yaranması vacib məsələdir. Bu, regionun investisiya cəlbediciliyini artırmaqla yanaşı beynəlxalq təhlükəsizliyin möhkəmlənməsinə də öz töhfəsini verəcəkdir”, – deyə o bildirib.