İctimaiyyət

Türkiyədə azərbaycanlı qaçaqmalçılar yaxalandı

Türkiyə polisi Tokat bölgəsinin Erbaa rayonunda qaçaqmalçılara qarşı əməliyyat keçirib.

Oxu.Az Türkiyə KİV-ə istinadla xəbər verir ki, əməliyyat zamanı saxlanılan avtobusdan qaçaqmalçılıq yolu ilə Türkiyəyə gətirilən 630 qutu siqaret və 16 litr spirtli içki aşkar edilib.

Hadisə ilə bağlı iki Azərbaycan vətəndaşı saxlanılıb. Onlara 10 min lirə (3500 AZN), avtobus sürücüsünə isə 104 lirə (36 AZN) pul cəzası verilib.

Daha çox göstər
Back to top button