İctimaiyyət

Azərbaycanlı hüquqşünasın ölkədən çıxışına qadağa qoyulub

İyulun 18-də hüquqşünas Emin Aslan Gürcüstana gedərkən sərhəddə saxlanılıb. Ona ölkədən giriş-çıxış əməliyyatlarına həbs qoyulduğu bildirilib. Bu barədə onun yaxınları və dostları sosial şəbəkələrdə paylaşıblar.

Onların sözlərinə görə, Emin Aslana bildirilib ki, Daxili İşlər Nazirliyi tərəfindən ölkədən çıxışı yasaqlanıb. Məlumatı Meydan TV yayıb.

Xatırladaq ki, iyunun 5-də Nərimanov Rayon Məhkəməsi hüquqşünasa İnzibati Xətalar Məcəlləsininin 535.1-ci (Polisin qanuni tələbəinə tabe olmama) maddəsinə əsasən 30 sutka inzibati həbs cəzası verib.

İyulun 5-də cəza müddəti başa çatan Emin Aslan sərbəst buraxılıb.

Daha çox göstər
Back to top button