İctimaiyyət

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısının sui-qəsdinin radikal və ya qeyri-radikal dini qruplarla heç bir əlaqəsi yoxdur

Elmar Vəliyevə sui-qəsddən sonra hadisə haqqında öncədən polisi məlumatlandıran Hamlet Abdullayevin yaşadığı mənzildən silah və narkotik maddə “çıxıb” və o, həbs edilib. Ehtimal olunur ki, Gəncə polisi bu cür məlumatların Hamlet Abdullayev tərəfindən yayılmasının qarşısını almaq üçün bu addımı atıb.Bu haqda Turan informasiya agenliyi qeyd etdi.

«Niyə iyulun 10-da aksiyanın keçiriləcəyi ilə bağlı sosial şəbəkələrdə çağırışlar edilməsinə, məlumatlar yayılmasına baxmayaraq, həmin əraziyə təhkim olunmuş polislər heç bir müdafiə geyimi geyinmədən, mülkü geyimdə və silahsız əraziyə çıxarılmışdı? Bu əmri, yaxud tapşırığı Gəncə Polis İdarəsinin rəisi Faiq Şabanov kimdən və nə vaxt almışdı?  Elmar Vəliyevə sui-qəsd olan zaman əraziyə dərhal 2 yanğınsöndürən və təcili tibbi yardım maşınları gəldiyi halda, aksiya günü hər ehtimala qarşı şəhər rəisi niyə əvvəlcədən tədbir görüb əraziyə ambulans çağırmamışdı?

“Meydan.Tv”nin bildirdiyinə görə, bunun nəticəsi olaraq polis polkovnik-leytenantı Səməd Abbasov yaralanarkən qanı axa-axa təxminən 100 metr məsafəni piyada qət edərək yola çıxıb, avtomobillə xəstəxanaya çatdırılana kimi qan itkisindən həyatını itirib. Bunu polis polkovnikinin qətl edildiyi yerdən avtomobilə çatdırıldığı yerə qədər olan məsafədə itirdiyi qan ləkələrinin izləri deməyə əsas verir.

“Əldə olunan məlumatları təhlil edərkən aydın olur ki, baş vermiş bu hadisələrin əslində radikal, yaxud qeyri-radikal dini qruplarla heç bir əlaqəsi yoxdur. Bütün bunlar Gəncə icra strukturlarının, Gəncə polisinin özbaşına fəaliyyəti, yarıtmaz işlərin, yaxud da aldıqları hansısa tapşırığın bariz nümunələridir”- deyə Meydan.Tv yazır. Hadisələrin məntiqi inkişafının fonuna diqqətlə baxanda aydın görünür ki, Elmar Vəliyev Gəncəyə İcra hakimiyyətinin başçısı təyin edildikdən sonra (7 ildir) bu xoşagəlməz halların əsası qoyulub. Gəncənin keçmiş polis rəisi Rasim Musayevin özü də Elmar Vəliyevlə anlaşa bilməyib, ikinciyə fiziki güc tətbiq edib.  Vəliyev  Gəncənin akademik və ziyalı çevrəsini hər məqamda təhqir etməkdən, insanların mülkiyyət hüququnu pozmaqdan çəkinməyən, sahibkarların normal işləməsinə imkan verməyən icra başçısı haqda mətbuatda yüzlərlə şikayətlər var. Mülkiyyət hüquqlarının pozulması ilə əlaqədar illərlə davam edən onlarla məhkəmə çəkişmələri də diqqətçəkəndir.

Daha çox göstər
Back to top button