Siyasət

Hazırda həbsdə olan eks-deputat öz dostlarını “satdı”

Keçmiş deputat, hazırda həbsdə olan Hüseyn Abdullayev istintaqla əməkdaşlığa gedib; azadlığa çıxmaq üçün bütün gizli məlumatları, əlaqə xəritəsini paylaşır.

Musavat.com xəbər verir ki, Hüseyn Abdullayevin ifadələri bəzi dövlət müəssisələrində kütləvi qovulmalara səbəb olub. Hüseyn Abdullayevin sərgilədiyi bu tövr onun özünə qarşı münasibətin bir qədər yumşaldılmasına, şəxsi xahişlərinin yerinə yetirilməsinə yol açıb. Hüseyn Abdullayevin belə xahişlərindən biri də xaricdə olan anasının ölkəyə qayıtmasına izn verilməsi ilə bağlı olub. Onun xahişi yerinə yetirilib. Hüseyn Abdullayevin anası artıq Azərbaycandadır.

Bəlli olub ki, Hüseyn Abdullayev istintaqa Azərbaycan hakimiyyəti əleyhinə iş aparan kampanyon və tərəfdarlarının da adlarını açıqlayıb.  Üstəlik, o, Avropadakı bir neçə səfirimizlə gizli əlaqələri ilə bağlı da ifadə verib. Hüseyn Abdullayevin Azərbaycanda və ondan kənarda maliyyə dəstəyi verdiyi jurnalistlərin və media quruluşlarının adları da istintaqa bəlli olub. Son günlər yayımı məhdudlaşdırılan və barələrində cinayət işi açılan media quruluşlarından bir neçəsi də (əsasən müxalif və reket təbiətlilər) bu cür gizli yardımların əhatəsinə düşənlərdəndir.

Daha çox göstər
Həmçinin yoxlayın
Close
Back to top button