Siyasət

Zohrab Mnatsakanyan sabit inkişaf üzrə yüksək vəzifəli şəxslərin siyasi forumunda çıxış edib

Ermənistanda sabit inkişaf məqsədlərinin milləşdirilmə prosesi Ermənistanın yeni hökuməti tərəfindən əldə edilmiş iddialı islahat proqramıyla müşayiət edilir. ER XİN-ə əsasən, bu barədə BMT-nin İqtisadi və sosial şurasının himayəsi altında toplanmış sabit inkişaf üzrə yüksək vəzifəli şəxslərin siyasi forumunda Ermənistan Xarici işlər naziri Zohrab Mnatsakanyan öz çıxışında bəyan edib.

O, yenilik təşəbbüsülərə yönəlmiş Ermənistan hökuməti və BMT-nin Ertmənisatndakı komandası arasında formalaşdırılmış sıx əlaqələri və əməkdaşlığı vurğulayıb. Sabit inkişafın məqsədlərinin həyata keçirilməsi işində nazir Ermənistanın ictimai həyatının ayrımaz hissəsi olan canlı və güclü vətəndaş cəmiyyətinin rolunu mühüm sayıb.

BMT-nin 2030 gündəliyinin səmərəli həyata keçirməsi baxımından nazir Mnatsakanyan həmçinin bölgə və subregional əməkedaşlığının vacibliyini vurğulayıb qeyd edərək ki, o neinki qonşu ölkələr arasında qarşılıqlı faydalı əlaqələrin möhkəmləşdirilməsi üçün əsas, həm də inamın formalaşdırılması üçün mühüm vasitə ola bilər.

Daha çox göstər
Back to top button