Siyasət

Azərbaycana qarşı AİHM-ə müraciət göndərilib

2018-ci il iyulun 16-da axşam saatlarında vəkillər Ara Qazaryan, Artur Qazaryan və hüquq müdafiəçisi Neri Bağdasaryan Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) nizamnamənin 39-cu maddəsinə əsasən Azərbaycana qarşı AİHM-ə müraciət etmişlər.

Müraciət 2018-ci il iyulun 15-də Berdavan kənd sakini ER vətəndaşı Karen Qazaryanın yoxa çıxması barədədir. Onun fotoşəkili məhz eyni gündə Azərbaycan KİV-ləri tərəfindən yayılmışdır və iddia edilirdi ki, fotoda görünən girov erməni kəşfiyyatçıdır və o Ermənistan-Azərbaycan sərhədinin Qazax hissəsində saxlanılmışdır.

Müraciətdə Karen Qazaryanın valideynlər nümayəndələri AİHM-dən Azərbaycan hakmiyyətlərini Karen Qazaryanın sağlığının qorunması üçün bütün tədbirləri həyata keçirməyə və onun Ermənistana dönüşünü təmin etməyə çağırmanı xahiş etdilər.

İyulun 17-də AİHM-dən müraciətlə bağlı məhkəmə qərarı alınıb. Məhkəmə göndərilmiş müraciəti qismən qəbul edərək Azərbaycan hakmiyyətini Karen Qazaryanın sağlığı üçün bütün tədbirləri yerinə yetirməyə çağırıb.

Eyni zamanda, məhkəmə Azərbaycan hakimiyyətindən Karen Qazaryanın saxlanıldığı yeri və şəraitləri barədə məlumat istəyib. Həmçinin, Karen Qazaryana qarşı cinayət işin açılıb açılmamasına dair ətraflı məlumat və sənədlər tələb olundu.

Məhkəmə müraciət göndərənlərə cari il avqustun 14-dək tam şikayəti təqdim etməyə çağırıb və şikayəti prioriyey kimi araşdırmağa qərarı almşdır.

Daha çox göstər
Back to top button