Siyasət

Bu günkü Parlament ictimaiyyətin gerçək əhvalını əks etmir, ona görə apreldə növbədənkənar seçkilər keçiriləcək: Ararat Mirzoyan

ER baş nazir müavini Ararat Mirzoyan Vaşinqtonda görüşlər keçirməyə davam edir. Bu günlərdə baş nazir müavini ameri8kan qanunvericiləri və vaşinqtonun strateji mərkəzlərinin rəhbərləriylə görüşüb. Bu barədə “Amerikanın səsi” bildirir. Dünən axşam saatlarda baş nazir müavini Mirzoyan ABŞ Nümayəndələr Palatasının demokratiya əməkdaşlığının komissiyasının həmsədri, respublikaçı konqresmen Piter Roskam ilə görüşüb.

Görüşdə baş nazir müavini Ermənistanda mövcud vəziyyəti və prosesdə olan deyişiklikləri təqdim edib, vurğulayaraq ki, yeni hakimiyyətlər ölkəni demokratiya, insan haqlarının müdafiəsi və azad rəqabət iqtisadiyyatının təsdiq edilməsi yoluyla aparır.

Ermənistanda mövcud siaysi vəziyyəti təqdim edərək Mirzoyan qeyd edib ki, bugünkü Ermənistan Parlamenti ictimaiyyətin gerçək əhvalını əks etmir, ona görə aprel ayına qədər növbədənkənar Parlament seçkiləri keçiriləcək.

Bu baxımdan baş nazir müavini Amerikan tərəfiylə əməkdaşlığın və texniki yardımı daxil olmaqla amerikan dəstəyinin əhəmiyətini vurğulayıb.

Baş nazir müavini Mirzoyan ABŞ –a səfər çərçivəsində həmçinin Vaşinqtonda Beynəlxalq resublikaçı mütəssisəsinin mərkəzi ofisinə gedib. Burada baş nazir müavini institutun prezidenti Deniel Tvininq və Avrasiya məsələləri üzrə proqramların direktoru Stiven Nikslə görüşüb.

Baş nazir müavini Mirzoyan vurğulayıb ki, öz səfərinin əsas məqsədi beynəlxalq tərəfdaşlıarla Ermənistanın əməkdaşlığının möhkəmləşdirilməsi və genişləndirilməsidir. Baş nazir müavini Ermənistanın demokratikləşdirilməsi və müstəqil məhkəmə sisteminin inkişafı məsələsində fəaliyyətdə olan hakimiyyətlərin qətiyyətini yenidən təsdiq edib.

Daha çox göstər
Back to top button